- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Ukrayna hərbçiləri Zaporojye vilayətinin Orexova şəhəri yaxınlığında ikinci müdafiə xəttinin tikintisinə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov TASS-a bildirib. Onun sözlərinə görə, orada çoxlu sayda tikinti texnikası və işçilər görünüb.
Ukrayna hakimiyyəti əvvəllər bəyan etmişdi ki, hərbçilər Zaporojye vilayətinin onların nəzarətində olan hissəsində “əsl qala” tikir: regionda dəmir-beton konstruksiyalar, minalanmış sahələr və tikanlı məftillərdən maneələr ucaldılır.
Ukrayna hökuməti istehkamların tikintisinə 1,3 milyard qrivna (34,2 milyon dollar) ayırıb.