AZ

Sərnişin avtobusunun körpüdən aşması nəticəsində 45 nəfər ölüb

Cənubi Afrikanın şimalında sərnişin avtobusunun körpüdən aşması nəticəsində 45 nəfər ölüb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu Limpopo sərhəd bölgəsində körpüdən aşıb.

Qəzada avtobusda olan sərnişinlərdən 45-i həyatını itirib, 8 yaşlı uşaq isə yaralı halda xilas edilib.

Cənubi Afrikanın nəqliyyat naziri Sindisive Çikunqa qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla