AZ

Cənubi Afrikada sərnişin avtobusu körpüdən aşıb: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən aşıb. Qəza nəticəsində 45 nəfər ölüb.

525.az xarici mediaya istinadən xəbər verir ki, səhər saatlarında Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu Limpopo sərhəd bölgəsində körpüdən aşıb.

Qəzada avtobusda olan sərnişinlərdən 45-i həyatını itirib, 8 yaşlı uşaq isə yaralı halda xilas edilib.

Qeyd edək ki, Cənubi Afrikanın nəqliyyat naziri Sindisive Çikunqa mətbuata verdiyi açıqlamada qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Malik Atilay























Bizi Facebookda izləyin

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla