AZ

Baş məşqçi qadın futbolçusu ilə münasibətə görə işdən qovuldu

style='margin-bottom:10px;'>

"Lester"in qadınlardan ibarət komandasının baş məşqçisi Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərilib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şotlandiyalı mütəxəssisin komanda üzvlərindən biri ilə münasibətdə olduğuna görə vəzifəzindən göndərildiyi bildirilib. Baş məşqçi davranış kodeksini pozmaqda günahlandırılıb.

Komanda müvəqqəti olaraq Ceniffer Fosterə tapşırılıb. İngiltərə millisinin sabiq üzvü olan Foster buna qədər Uilli Kirkin köməkçisi işləyib. 

Cennifer Foster

Qeyd edək ki, 45 yaşlı Uilli Kirk 2022-ci ilin yayından "Lester"i çalışdırırdı. Komanda hazırda İngiltərə çempionatında 16 xall turnir cədvəlinin 9-cu pilləsində yer alıb. 

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla