AZ

Qeyri-adi səbəbə görə istefaya göndərildi

Uilli Kirk “Lester”in qadınlardan ibarət komandasından qovulub. O, qalmaqallı şəkildə istefaya göndərilib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, şotlandiyalı mütəxəssis komanda üzvlərindən biri ilə münasibətdə olduğuna görə vəzifəsindən azad edilib. Baş məşqçi davranış məcəlləsini pozmaqda günahlandırılıb. Komanda müvəqqəti Ceniffer Fosterə tapşırılıb. İngiltərə millisinin sabiq üzvü olan Foster Kirkin köməkçisi idi.

45 yaşlı Kirk “Lester”in qadınlardan ibarət komandasını 2022-ci ilin yayından çalışdırırdı. Komanda hazırda İngiltərə çempionatında 16 xalla 9-cu yeri tutur.

Seçilən
77
1
Mənbələr
Şərh ()
Bağla