AZ

“Əliağa Vahid meyxanada söyüşdən istifadə edirdi” - Əli Mirəliyevdən Elzaya

"Meyxanada həmişə söyüş olub. Mən 55 il bundan qabaq toylarda oxuyanda axırda meyxanaçılara söz verilirdi. Cavan meyxanaçılar deyişməyə başlayırdılar". 

Day.Az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında müğənni Əli Mirəliyev deyib. 

O, hətta Əliağa Vahid kimi ustadın da meyxanada söyüşdən istifadə etdiyini bildirib: 

"Onda da meyxana deyənlərin bir-biriini sözlə, söyüşlə bağlamağı vardı. İndisə meyxanaya toyun ortasında yer verirlər. Bəy və gəlin məclisdə oturub, meyxanaçılar da deyişir. Bu, əlbəttə ki biabırçılıqdır. Meyxanada kimin söz ehtiyatı çoxdursa, o qalib gəlir. Keçmişdə meyxanada söyüş olub, bunu qulağımla eşitmişəm. Əliağa Vahidin özü də meyxanda "köpəyoğlu" kimi sözlərdən istifadə edib". 

Ə.Mirəliyev bu gün meyxanaya görə deyil, gənclər arasında yayılan narkomaniyaya görə daha çox narahat olduğunu vurğulayıb: 

"Meyxananı bir qırağa qoyub gənclər arasında yayılan narkomaniyadan danışmaq lazımdır. Biz bununla uçuruma gedirik. Əlli ildən sonra biləcəyik ki, narkotiklə kökümüzü kəsdilər". 

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan meyxanaçıları sərt tənqid edib. Müğənni bildirib ki, bəzi meyxanaçılar küçə sözlərindən istifadə edir:

"Qafiyə tapmayanda, küçə sözlərinə əl atırlar. Ana-bacılarını ortalığa qoyurlar. Söz tapmırsansa, sus. Küçə söyüşlərini, pis vərdişləri uşaqlara aşılayırlar. Heç sözlərimizi də düzgün tələffüz etmirlər". 

Seçilən
34
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16209
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15886
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15507
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13443
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12119
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9586
"Zaur, yenə çaşdın..." - VİDEO
7893
Minimum əmək haqqı nə qədər arta bilər?
6039
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6011
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5163
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5069
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4454
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4239
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4112
Çingiz Mustafayevin toyudur - FOTOLAR
3923
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3250
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3250
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3012
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2968