AZ

Respondentlər Ermənistanın işğalındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inanır - SORĞU

Bakı. Trend:

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasındasərhədlərin dəqiqləşməsi prosesi çərçivəsində hazırda Ermənistanınişğalı altında olan Qazax rayonunun 7 kəndinin və Naxçıvan MRSədərək rayonunun Kərki kəndinin təhvil verilməsi məsələsininaktuallığını nəzərə alaraq, vətəndaşların bu barədə gözləntilərininöyrənilməsi məqsədilə sorğular keçirib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, respondentlərə“Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdəazad ediləcəyinə inanırsınızmı?” sualı ünvanlanıb.

Sorğu nəticələrinə əsasən, cəmiyyətin Ermənistanın işğalıaltında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisiyüksəkdir. Belə ki, respondentlərin mütləq əksəriyyəti - 95.8%-iErmənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azadediləcəyinə inandığını, 3.6%-i inanmadığını bildirib. 0.6%-i bubarədə fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun Sofulu, Bərxudarlı,Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara,Xeyrimli kəndləri və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndiErmənistan tərəfindən 1990-1992-ci illərdə işğal edilib. İşğalaltında olan bu 8 kəndin 4-ü Azərbaycanın eksklav əraziləridir.

Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaşındanyuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibəüsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallıüsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilibvə gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsindəəhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadirayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələrimüvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemliüsulla seçilərək zənglər olunub.

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğununkönüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnızümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruriməlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayınaəsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkiledir.

Seçilən
88
12
Mənbələr
Şərh ()
Bağla