AZ

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin iclası keçirildi

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, federasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyindəki əsas məsələlərdən biri məşqçi-müəllimlər üçün imtahan və seminarların təşkili, eləcə də onlara lisenziyaların verilməsi olub.

Bildirilib ki, təkcə dekabr ayında 3 seminar təşkil olunub ki, bu tədbirlərdə də ümumilikdə 92 məşqçi-müəllim iştirak edib.

İclasda həmçinin AKF-in regionlar üzrə nümayəndəliklərin yaradılması və yerlərdə müvafiq şəxslərin nümayəndə qismində təyinatı müzakirə edilib.

Bununla bağlı namizədlərin siyahısı yaxın günlərdə AKF rəhbərliyinə təqdim ediləcək.

Toplantı zamanı AKF-də fəxri prezidentlik institunun yaradılması məsələsi də müzakirə olunub və bu istiqamətdə müvafiq qərarlar qəbul edilib.

İclasın sonunda tamamlanma mərhələsində olan AKF-in rəsmi saytı ilə bağlı federasiya rəhbərliyinə hesabat verilib. Saytın yaxın günlərdə tam olaraq istifadəyə verilməsi qərara alınıb.
Seçilən
51
28
Mənbələr
Şərh ()
Bağla