- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bu gün Bakıdakı “Bulvar Marriott Hotel”də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hesabat-Seçki Konfransı baş tutacaq.
Arena.az xəbər verir ki, saat 10:00-da start götürəcək tədbirdə milli assosiasiyaya yeni prezident seçiləcək.
Bundan əlavə, qurumun İcraiyyə Komitəsi üçün də seçki təşkil ediləcək.
Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov və İcraiyyə Komitəsinin keçmiş üzvləri iştirak edirlər.
AFFA prezidentliyinə yeganə namizəd “Neftçi”nin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfdir.
İcraiyyə Komitəsinə namizədlər isə aşağıdakılardır:
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
Qeyd edək ki, 2008-ci ildən AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev bu seçkidə namizədliyini irəli sürməyib.