AZ

Bakıda bu maşınların qiyməti kəskin ucuzlaşdı - FOTO

Taksilərlə bağlı qəbul edilən yeni qərar maşın bazarında təlatümə səbəb olub. İstehsal tarixi 2009-cu ildən əvvələ aid olan maşınların taksi kimi fəaliyyət göstərə bilməyəcəyi ilə bağlı dəyişiklik bu kateqoriyaya aid olan avtomobillərin qiymətinin kəskin dərəcədə ucuzlaşmasına gətirib çıxara bilər. 

Qeyd edək ki, hazırda paytaxtda və ölkənin ayrı-ayrı bölgələrində istehsal tarixi 2009-cu ildən əvvələ aid olan 10 minlərlə avtomobil var. Bu kateqoriyaya aid olan “Toyota Prius” markalı avtomobillər daha çox taksi xidməti üçün istifadə olunur. Həmin avtomobillərin satışa çıxarılaraq yeni tələblərə cavab verən nəqliyyat vasitələri ilə əvəzlənəcəyi gözlənilir. 

Qanuna edilən dəyişiklik bu kateqoriyaya aid olan avtomobillərin ucuzlaşmasına səbəb ola bilərmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, qiymət dəyişikliyi ilə bağlı danışmaq üçün bir qədər tezdir.

“Taksi fəaliyyəti ilə bağlı dünənki qərar avtomobil bazarında qiymət dəyişikliyinə gətirib çıxarmayacaq. Bu qərarın bazara təsiri minimaldır və qiymət dəyişikliyi ilə bağlı danışmaq bir qədər tezdir. Digər tərəfdən yaşı 10 ildən çox olan nəqliyyat vasitələrinin ölkəmizə idxalı Nazirlər Kabinetinin qərarı ilə artıq keçən ildən məhdudlaşdırılıb. Ötən ilin martında bununla bağlı qərar verilib. Biz bu azalmanı ötən ildən müşahidə edirik. Taksilərlə bağlı tələblər bu ilin yanvarın 1-dən elan olunmalı idi. Sadəcə görünür ki, dövlət sosialyönümlü siyasəti davam etdirərək taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlara bir qədər möhlət verdi və artıq təxmin olunurdu ki, Novruz tətilindən sonra bu qərar elan ediləcək. Düşünürəm ki, bu doğru addımdır. Məlumdur ki, Bakı şəhərində həddən artıq taksi avtomobilləri var. Taksidə peşəkarlar çalışmalıdır. Bu işə əyləncə və digər məqsədlərlə gələn insanlar başqa peşələrlə məşğul olmalıdır. Paytaxtda taksi fəaliyyəti peşəkar bir sahə kimi yenidən dirçəlməlidir. Həm də onu qeyd edək ki, taksi özlüyündə ictimai nəqliyyatın bir qoludur. Necə ki, ictimai nəqliyyatın avtobus seqmentində çalışan sürücülər qayda-qanunlara əməl edirlərsə, taksi sürücüləri də belə olmalıdır. 

Ekspert yeni qərarın mənfi tərəflərini şərtləndirə biləcək amillərdən də danışıb.

“Eyni zamanda qeyd edək ki, Bakı şəhərinin digər şəhərlərdə olduğu kimi özünün müəyyən xüsusiyyətləri var. Bakı şəhərində taksilərin rəngləri ağ və qırmızı olaraq seçilib. Bu da normal bir addımdır. Bundan sonra taksi fəaliyyətində istismar olunan avtomobillərin rəngləri yalnız ağ və qırmızı rəngdə olmalıdır. Bu bütün taksi növlərinə aiddir. Düzdü, bu gün xeyli sayıda vətəndaş var ki, digər rəngli avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olur. Bildirmək istəyirəm ki, bu vətəndaşların narahat olmasına ehtiyac yoxdur. Onlar bu ilin mart ayından iyulun 1-nə qədər AYNA-nın müvafiq portalına daxil olub, elektron icazə alıb fəaliyyətlərinə davam edə bilərlər.  Bu qaydalar iyul ayının 1-dən qüvvəyə minəcək. Yəni hansısa vətəndaşın taksidə istismar etdiyi avtomobilin rəngi qaradırsa, o iyul ayının 1-nə qədər elektron qeydiyyatdan keçsə, bu zaman həmin qara rəngli avtomobili isə taksi fəaliyyəti göstərə biləcək. Sadəcə avtomobilin yaşı 15 ildən çox olmamalıdır. Amma iyun ayının 1-dən isə qeydiyyatdan keçənlər üçün rənglər hökmən ağ və qırmızı olmalıdır. Bu qərarın mənfi tərəflərini şərtləndirən amillər də var. Əgər taksilərlə bağlı biz yeni qaydalar tətbiq etsək və ictimai nəqliyyatın avtobus və metro seqmentini gücləndirməsək, əlçatanlığı təmin etməsək avtomobilləşmə yenidən vüsət ala bilər. Əgər taksilərin sayı kəskin azalacaqsa, onda tələb çoxalacaq, təklif isə azalacaq. Belə olduqca insanlar yenidən fərdi maşın almağa üstünlük verəcək”. 

Sonda qeyd edək ki, sözügedən qərar artıq maşın bazarına öz təsirini göstərib. Bir neçə gün əvvəl bazarda müştərilərə 12 500 manata təkllif olunan “Toyota Prius” markalı avtomobillər hazırda 10 500 manata satışa çıxarılıb. Bu məbləğin 9 000 AZN-ə qədər ucuzlaşması gözlənilir. 

Nazim Hacıyev 


Telegram kanalımız
Seçilən
65
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16010
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15700
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15380
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13312
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11949
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9496
"Zaur, yenə çaşdın..." - VİDEO
7842
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5984
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5887
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5063
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4949
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4406
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4214
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4068
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3231
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3206
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2976
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2953
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2791