AZ

Ermənistanı gözləyən oyun - 1 həftədən sonra...

Azərbaycan regionda sabitlik üçün əlindən gələndən artığını etsə də, ABŞ və bəzi qərb ölkələri Ermənistanı şirnikləndirərək buna mane olmağa çalışırlar. Dildə sülhü dəstəklədiyini deyən bu ölkələr əslində qərəzli münasibət nümayiş etdirərək regionda sabitliyə mane olurlar. Aprel ayının 5-i üçün Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü də bu kimi pozuculuq cəhdlərindən biridir.

Rəsmi Bakı açıqlamasında bildirib ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir. Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.

"Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər: "Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq", - Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Rəsmi Bakının açıqlamasından da göründüyü kimi bu görüşün Cənubi Qafqazdakı siyasi tarazlığı pozmaq riski var. Rusiyadan sürətlə xilas olmağı istəyən Ermənistan Qərbə meyillənərək, onlardan aldığı dəstəklə Azərbaycana qarşı revanşizm siyasətinə qayıda bilər. Məhz bu səbəbdən 5 aprel görüşünün region üçün riskləri danılmazdır.

Planlaşdırılan görüş barəsində fikrini bildirən Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib ki, bu konfrans Cənubi Qafqazda işləyən təhlükısizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin yerindən oynadılmasına yönəlib.

Zaxarova deyib ki, bu region ölkələrinin çoxunda narahatlıq doğurur, çünki Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması deyil, Qərbin öz destruktiv yanaşmaları ilə regiona müdaxiləsi, burada yeni bölücü xətlərin yaradılması, region ölkələrinin anti-Rusiya gündəliyinə əməl etməsi, onların Moskva ilə çoxəsrlik əlaqələrinin dağıdılması məqsədi güdür.

Rusiya sözçüsünün də qeyd etdiyi kimi Ermənistan bütün dünyanın gözü önündə tədricən kollektiv Qərbin olduqca təhlükəli planlarının həyata keçirilməsi vasitəsinə çevrilir, hansı ki, erməni xalqının maraqları ilə tam ziddiyyət təşkil edir. Ermənistan tarixdən dərs çıxararaq Qərbin oyunlarına aldanmamalı, revanşist və militarist siyasətinə son qoymalı,Azərbaycanla sülh əldə etmək yolunu tutmalıdır.

İslam
Milli.Az

Seçilən
101
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14726
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14527
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14477
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12294
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10657
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8741
"Zaur, yenə çaşdın..." - VİDEO
7612
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5711
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4497
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4176
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4155
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3971
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3891
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3654
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3072
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3064
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2838
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2812
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2682