AZ

Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi

Bakının mərkəzində yerləşən Neftayırma zavodu şəhərdən kənarlaşdırılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, sözügedən zavodda hansısa terror hadisəsi baş versə, şəhər sakinlərinə ciddi ziyan dəyə bilər.

Deputat həmçinin Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edib: “Rusiyada baş verən terror hadisəsindən sonra bizə də gəlib bir məlumat verilməlidir ki, ölkədə təhlükəsizlik səviyyəsi hansı səviyyədədir, hansı işlər görülür. Allah eləməsin. Bizdə belə hadisə baş verərsə, bizim hansı gücümüz var?”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
57
2
Mənbələr
Şərh ()
Bağla