AZ

Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi

"Bakının mərkəzində yerləşən Neftayırma zavodu şəhərdən kənarlaşdırılmalıdır".
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
 
O qeyd edib ki, sözügedən zavodda hansısa terror hadisəsi baş versə, şəhər sakinlərinə ciddi ziyan dəyə bilər.
 
Deputat həmçinin Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edib: “Rusiyada baş verən terror hadisəsindən sonra bizə də gəlib bir məlumat verilməlidir ki, ölkədə təhlükəsizlik səviyyəsi hansı səviyyədədir, hansı işlər görülür. Allah eləməsin. Bizdə belə hadisə baş verərsə, bizim hansı gücümüz var?”.
 
Seçilən
56
2
Mənbələr
Şərh ()
Bağla