AZ

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub.

Bu barədə “Şimal news” məlumat yayıb.

Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb.

Həkim bildirib ki, yad cisim mədədən keçərək onikibarmaq bağırsaqda dayanıb.

Qeyd olunub ki, pasiyent çəngəli fevral ayında yemək yediyi zaman udub. İlk dövrlərdə heç bir narahatlıq hiss etməyib.

Daha ətraflı videomaterialda:

Seçilən
27
5
Mənbələr
Şərh ()
Bağla