AZ

Xaçmaz sakininin mədəsindən çəngəl çıxdı

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Şimal news" məlumat yayıb.

Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb.

Həkim bildirib ki, yad cisim mədədən keçərək onikibarmaq bağırsaqda dayanıb.

Qeyd olunub ki, pasiyent çəngəli fevral ayında yemək yediyi zaman udub. İlk dövrlərdə heç bir narahatlıq hiss etməyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
20
5
Mənbələr
Şərh ()
Bağla