AZ

“Ermənistanın bu müsahibəsi onların planlarını ifşa etdi” - AÇIQLAMA 

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Nağdalyanın 5 aprel Brüssel görüşü barədə müsahibəsi Ermənistan diplomatiyasının iç üzünü açdı. Ermənistan XİN Brüsseldə planlaşdırılan 5 aprel Blinken- Paşinyan - Ursula Lyayen məşvərətinin Qafqazda sülh perspektivlərinə qarşı çevrildiyini ört-basdır etməyə başlayıb. Bu görüşün heç bir üçüncü ölkəyə qarşı çevrilmədiyi, Ermənistanın beynəlxalq əlaqələrinin daha da yaxşılaşdırılmasına yönəldiyi iddia olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri siyasi şərhçi Aydın Quliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanla əlaqəli planlanan müzakirələr Azərbaycanın öz iştirakı olmadan aparılır və konkret müzakirə olunacaq məsələlər barədə öncədən məlumat verilmir:

 

“Müzakirə formatının hər 3 tərəfi - Ermənistan, ABŞ və Avropa birliyi hazırda Azərbaycanla bağlı ancaq neqativ planlar haqqında düşünürlər. Ermənistan XİN rəsmisi iddia edir ki, Azərbaycan 2022-ci ilin 6 oktyabrında Əliyev-Paşinyan- Makron və Mişelin iştirakı ilə keçirilən 4 tərəfli Praqa görüşündə Avropa Birliyinin müşahidə missiyasının öz ərazisində də fəaliyyət göstərməsinə razılıq verib və sonra razılaşmanı pozub. Onun bütün iddiaları yalandır. Həqiqət budur ki, Azərbaycan Prezidenti həmin görüşdə AB-nin monitorinq missiyasının yaradılmasına razılıq versə də, onun Azərbaycanın sərhəd ərazisində yox, Ermənistanın sərhəd ərazisində fəaliyyətinə razılıq verib. Həm də məhdud sayda olan müşahidəçilər 2 aylıq müddətdə fəaliyyət göstərməli idilər. Lakin razılaşmanı pozan Ermənistan oldu.Cəmi 3-4 ay sonra “Avropa Birliyinin Monitorinq Potensialı” deyilən rəsmi adı dəyişərək “Avropa Birliyinin Müşahidə Missiyası”na çevirdilər. 2 aylıq fəaliyyət müddəti 2 illiyə çevrildi. Müşahidəçi deyilənlərin sayı 209-a çatdırıldı və mülki missiya deyilən qrup əslində keçmiş kəşfiyyatçı fransız-alman zabitlərindən ibarət hərbsizləşdirilmiş dəstəyə çevrildi. Bütün bu faktların ortada olduğu vaxtda Azərbaycanı 6 oktyabr 2022-ci il tarixli razılaşmanı pozmaqda suçlamaq absurddur. Azərbaycan Prezidenti bu razılaşmaya da prinsipial yanaşıb”.

 

Aydın Quliyev qeyd edib ki, Ermənistan XİN rəsmisi ölkəsinin Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu deyir.

 

“Əgər son 3 ildə razılaşmalara, xüsusən 10 noyabr sənədindəki imzaya əks addımlar atılırsa, Ermənistan sülhə necə hazır sayıla bilər? Sülh məsələsində indiyə kimi heç bir təşəbbüsə ( pozucu təşəbbüslərdən başqa) imza atmayan Paşinyanın sülhə hazır olduğuna inanmaq çətin məsələdir”.

 

Ülkər Abdurahmanlı

Seçilən
143
50
Mənbələr
Şərh ()
Bağla