AZ

Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda təsdiqləndi

Bakı. Trend:

Milli Məclis Mülki Prosessual Məcəlləyə borclunun əmlakı üzərinəhəbs qoyulması barədə icra məmurunun təqdimatına məhkəmə tərəfindənbaxılmasının prosessual əsaslarının müəyyən edilməsi ilə bağlıtəklif edilən dəyişiklik layihəsini birinci oxunuşda qəbuledib.

Trend-in xəbərinə görə, parlamentin bugünkü plenar iclasındadəyişiklik barədə məlumat verilib.

Qeyd olunub ki, “İcra haqqında” qanunun 50.2-ci maddəsinəmüvafiq olaraq, icra sənədi icraya yönəldilənə qədər borclununəmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanıtələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinəhəbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatınaəsasən məhkəmənin qərardadı ilə qoyulur.

Yuxarıda qeyd olunanlara və icra məmurunun təqdimatınaməhkəmələr tərəfindən Mülki Prosessual Məcəlləsinin tələblərinəəsasən baxıldığı nəzərə alınaraq, Məcəllənin 231-ci maddəsininadına, 231.3-cü və 231.4-cü maddələrinə müvafiq olaraq “borclununəmlakı üzərinə həbs qoyulması məsələləri” ifadəsinin əlavə edilməsinəzərdə tutulur.

Həmçinin əlavə edilməsi nəzərdə tutulan 231.3-1-ci maddənintələblərinə müvafiq olaraq, məhkəmə tərəfindən icra məmurununtəqdimatlarına və qətnamənin icrasına möhlət verilməsi və ya onunhissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasınındəyişdirilməsi haqqında ərizələrə baxılmasının konkretmüddətlərinin müəyyən edilməsi nəzərdə tutulur.

Belə ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqındatəqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, icra üzrəicraatın dayandırılması, borclunuq ölkədən getmək hüquqununmüvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara və qətnaməninicrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi,qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqındaərizələrə onun daxil olduğu gündən 10 iş günü ərzində baxılmasıtəklif edilir.

Dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirədən sonra qəbulolunub.

Seçilən
32
18
Mənbələr
Şərh ()
Bağla