AZ

İcra məmurunun təqdimatıyla borclunun əmlakına həbs qoyulmasının prosessual əsasları müəyyən edilib

Bakı. Trend:

Borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurununtəqdimatına məhkəmə tərəfindən baxılmasının prosessual əsaslarımüəyyən edilib.

Trend-in xəbərinə görə, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Prosessual Məcəlləyədəyişiklikdə əksini tapıb.

“İcra haqqında” qanunun 50.2-ci maddəsinə müvafiq olaraq, icrasənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbsqoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclununəmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qaydaolaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəməninqərardadı ilə qoyulur.

Yuxarıda qeyd olunanlara və icra məmurunun təqdimatınaməhkəmələr tərəfindən Mülki Prosessual Məcəlləsinin tələblərinəəsasən baxıldığı nəzərə alınaraq, Məcəllənin 231-ci maddəsininadına, 231.3-cü və 231.4-cü maddələrinə müvafiq olaraq “borclununəmlakı üzərinə həbs qoyulması məsələləri” ifadəsi əlavə edilib.

Həmçinin əlavə edilən 231.3-1-ci maddənin tələblərinə müvafiqolaraq, məhkəmə tərəfindən icra məmurunun təqdimatlarına vəqətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icraedilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsihaqqında ərizələrə baxılmasının konkret müddətləri müəyyən edilib.Belə ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimataonun daxil olduğu vaxtdan 5 iş günü müddətində, icra üzrə icraatındayandırılması, borclunuq ölkədən getmək hüququnun müvəqqətiməhdudlaşdırılması haqqında təqdimatlara və qətnamənin icrasınamöhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnaməninicra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə onundaxil olduğu gündən 10 iş günü ərzində baxılacaq.

Seçilən
38
18
Mənbələr
Şərh ()
Bağla