AZ

Ermənilərə Brüssel tələsi: Qərb yeni səhvə doğru gedir

Bakı. Trend:

Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını minimuma endirmək,Moskvanı bölgədəki rıçaqlarından məhrum etmək məqsədi güdən Qərbvasitə qismində Ermənistandan istifadə edir. Gürcüstan vəAzərbaycanın kənarda tutulduğu yeni layihə bölgəmizdəki vəziyyətisülhə və stabilliyə aparmaq əvəzinə, həddən artıq gərginləşdirəbilər.

Aprelin 5-i Cənubi Qafqazdakı geosiyasi proseslərin məcrasındayeni mərhələ olacaq. Məhz həmin gün Brüsseldə Avropa İttifaqı, ABŞvə Ermənistanın üçtərəfli görüşü keçiriləcək.

Görüşdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen,ABŞ-ın dövlət katibi Entoni Blinken, NATO-nun baş katibi YensStoltenberq və Ermənistanın baş naziri Nikol Paşinyan iştirakedəcəklər.

İlkin məlumatlara görə, Brüssel danışıqlarının nəticəsi olaraqimzalanacaq sənəddə Qərbin Ermənistana təhlükəsizlik təminatınınverməsi nəzərdə tutacaq. Bu isə faktiki olaraq Ermənistanlahərbi-siyasi anlaşmanın imzalanması deməkdir.

Eyni zamanda, müzakirə ediləcək mövzular arasında Ermənistana Aİüzvlüyünə namizəd ölkə statusu təqdim olunması, Avropa SülhFondundan (EPF) Ermənistana zəruri vəsait ayrılması, Aİ ölkələrininErmənistana ikitərəfli hərbi-texniki yardımları ünvanlaması,Ermənistanın müdafiə qabiliyyətinin yüksəldilməsi üçün birgə hərbitəlimlər və treninqlər keçirilməsi, Ermənistanın təhlükəsizliyinintəminatı sahəsi islahatlara uğradılması, Ermənistanın sərhədləriüzərində nəzarəti gücləndirilməsi, Ermənistana Avropa EnergetikaBirliyinin üzvlüyü təklif edilməsi, Ermənistanın ərzaqtəhlükəsizliyinin təminatının gücləndirilməsi, Avropa İttifaqı iləErmənistan arasında viza rejiminin liberallaşması ilə bağlıdanışıqlara başlanması, Ermənistanın Avrasiya İqtisadi Birliyinitərk etməsində ona yardımlar göstərilməsi, Avropa İttifaqınınErmənistandakı missiyasının (EUMA) heyəti və imkanları artırılması,"yaşıl enerji" istehsalı və nəqli sahəsində Aİ ilə Ermənistanarasında əməkdaşlığa başlanması kimi məqamlar da var.

Brüssel görüşü spontan qərar əsasında baş tutmayacq: bumüzakirələrin aparılması hələ ötən ilin oktyabrında, İspaniyanınQranada şəhərində Avropa Siyasi Birliyinin 3-cü sammitində startgötürmüşdü. Fransa prezidenti Emmanuel Makronun sevimli "siyasioyuncağı" olan Avropa Siyasi Birliyinin məhz həmin sammitində Bakıilə aparılan danışıqlar prosesi formatında Avropa İttifaqı iləErmənistan arasında "xüsusi, əlahiddə" münasibətlər formalaşmağabaşladı.

Azərbaycan və Türkiyə prezidentlərinin qatılmadıqları həminsammitdə Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan,Avropa Şurasının sədri Şarl Mişel və Almaniyanın kansleri OlafŞolts ölkəmizə qarşı yönəlmiş birgə bəyanat imzalamışdılar.

Sənəddə "qarabağlı ermənilər evlərinə qayıdışlarının vətəhlükəsizliklərinin tam təminatı", habelə "Azərbaycanın həbsetdiyi bütün ermənilərin dərhal azad edilməsi" tələb olunurdu.

Yəni Azərbaycanın daxili işlərinə kobud müdaxiləyə cəhdedilmişdi.

Daha sonra Avropa Komissiyasının sədri Ursula fon der LyayenErmənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Görüşün nəticəsiolaraq imzalanmış sənəddə "Dağlıq Qarabağın erməni əhalisinə qarşıAzərbaycanın hərbi əməliyyatları qətiyyətlə pislənmiş", Avropaİttifaqı ilə Ermənistan arasında tərəfdaşlığın yeni istiqamətləri,İrəvana yardımların çeşidi müəyyənləşdirilmişdi.

Məhz Qranada sammitində qərara alınmışdı ki, Ermənistana dəstəkməqsədilə Aİ və ABŞ birgə görüş keçirsinlər.

Aprelin 5-də Brüsseldə keçiriləcək sammitin əsas hədəfiAzərbaycana təzyiqləri artırmaq yox, Rusiyanı Cənubi Qafqazbölgəsindən çıxışdırıb çıxarmaqdır. Eyni zamanda, Rusiyadançəkinən, hətta qorxan Ermənistan rəhbərliyinə də hansısa mücərrəd"təhlükəsizlik təminatları"nın verilməsi, potensial satellit vəmarionet qismində Paşinyan administrasiyasına dəstəyin daha dagücləndirilməsi nəzərdə tutulub.

Çünki rəsmi İrəvan Rusiyanın tətbiq edə biləcəyi mümkün cəzatədbirlərindən çəkinərək Moskva ilə əlaqələri sürətləminimallaşdırmaqdan, KTMT-dən və Avrasiya İqtisadi Birliyisıralarını tərk etməkdən çəkinir.

Ermənistanın təşvişi anlaşılandır: Rusiyanın siyasətçiləri vəhakimiyyət mənsubları indiyədək dəfələrlə bəyan ediblər ki, İrəvanaşkar Qərbyönümlü siyasi kursuna sadiq qalarsa, erməniləri "çoxağır nətğicələr, hətta dövlətçiliyin itirilməsi təhlükəsigözləyir".

ABŞ və Avropa İttifaqı hazırda Paşinyan administrasiyasınınRusiyadan mümkün qədər uzaqlaşmağa yönəlmiş siyasətini tamdəstəklədiyini bəyan etsə də, konkret hansı "təhlükəsizliktəminatı"nı verə biləcəyini açıqlamır.

Vaşinqtonun və Brüsselin belə təminat vasitələri ilə imkanlarıyoxdur: olan yalnız Ermənistana birbaşa silah-sursat və hərbitexnikanın tədarükü variantıdır.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına vəümumiyyətlə, regional sülhə Rusiyanın iştirakı olmadan nail olmağaçalışan Qərb Moskvanı nəinki Ermənistan, habelə Gürcüstan vəAzərbaycan üçün etibarlı tərəfdaş və ya stabil müttəfiq hesabetmir.

Lakin Qərbin ermənistana siyasi və hərbi-texniki dəstəyiartıracağı təqdirdə Cənubi Qafqazda sülhün əldə edilməsi prosesixeyli çətinləşəcək, hətta problematik olacaq.

Qərb həmişəki kimi, Cənubi Qafqazdakı çox sərt geosiyasirəqabətlə bağlı reallıqları nəzərə almır.

Üstəlik, aprelmn 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulangörüş həmin reallıqlara yeni risklər əlavə edəcək.

Əgər Vaşinqtonla Brüssel - dedikləri kimi - AzərbaycanlaErmənistan arasındakı sülh danışıqlarında neytral və ədalətlivasitəçilik missiyasını yerinə yetirmək istəyirlərsə, rəsmi Bakıyatəzyiq göstərməyə cəhd göstərərək Ermənistana hərbi-siyasi dəstəkvermək planlarını reallaşdırmaq niyyətləri belə «vasitəçilik»məramlarına çox dərin şübhələr yaradır.

Üstəlik, başda Fransa olmaqla Qərbin Ermənistana ünvanladığıbelə dəstək Cənubi Qafqazdakı ənənəvi və mövcud geosiyasi təsirimkanlarını qorumağa çalışacaq Rusiya ilə İranın həddən ziyadə sərtmüqaviməti ilə üzləşəcək ki, sonucda bölgədə gərginlik ciddişəkildə arta bilər.

Rusiya birmənalı olaraq Cənubi Qafqazı təsir dairəsi sayır vəQərbin b.lgədəki geosiyasi təsir imkanlarını minimuma endirməkistəyir. Məhz bu səbəbdən Azərbaycanla Ermənistan arasında sülhünAbŞ və Avropa İttifaqının versiyasında reallaşması Moskvanı təminetməyəcək.

Təsadüfi deyil ki, rəsmi Moskva sürəkli olaraq “AzərbaycanlaErmənistan arasında sülhün əldə olunması yalnız Rusiyanın iştirakıilə əldə edilmiş üçtərəfli bəyanat çərçivəsində mümkündür”deyir.

Qərb hesab edir ki, danışıqlardakı indiki zəif mövqeləriniErmənistana dəstəyi artırmaqla gücləndirə bilər. Halbuki belədəErmənistan danışıqlardakı mövqeyində aqressiv ritorikanı artıraraqyeni bəhanələr, şərtlərlə çıxış edəcək. Digər tərəfdən, Qərbinİrəvana hərbi-siyasi dəstəyinin artırılması, erməni ordusununsürətlə silahlandırılmasına yönəlmiş addımlar Ermənistandakırevanşist qüvvələri aktivləşdirərək onlarda Azərbaycana qarşı yenihərbi əməliyyatın “uğurlu alınacağı” ilə bağlı illüziya yaradabilər.

Fransa ilə bağlı hər şey aydındır və Emmanuel Makronun CənubiQafqazda bağlı absurd xarici siyasətində, Ermənistana tam dəstəkverilməsinə yönəlmiş strategiyasında dəyişikliklər gözləməyədəyməz.

Lakin ABŞ və Avropa Birliyi anlamalıdır ki, aprelin 5-dəBrüsseldə keçiriləcək görüşdə Ermənistana yeni vədlər, yeni dəstəkverilərsə Cənubi Qafqazda sülhün bərqərar olması prosesiqeyri-müəyyən müddətədək təxirə düşəcək.

Seçilən
134
50
Mənbələr
Şərh ()
Bağla