AZ

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Türkiyəli

Ankara, 29 mart, AZƏRTAC

Türkiyədə 2023-cü ilin fevralında baş vermiş zəlzələ nəticəsində dağılan zonada 300 min ev və ticarət obyektlərinin tikintisi davam edir. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib.

Nazirin sözlərinə görə, ölkənin 11 əyalətinin kənd və şəhərlərində tikinti işləri sürətlə aparılır. O xatırladıb ki, həmin zəlzələ nəticəsində 250 min tikili dağılıb, 14 milyon vətəndaş zərər çəkib və Türkiyə iqtisadiyyatına 100 milyard dollardan çox ziyan dəyib.

M.Özhaseki vurğulayıb ki, zəlzələ bölgəsindəki vilayətlərin sakinləri artıq 76 min evdə yerləşdirilib. Eyni zamanda, hər ay bu ərazilərdə 10-15 min yeni evlərin təhvil verilməsi nəzərdə tutulur. Tikinti-bərpa işlərinə 110 mindən artıq insan cəlb olunub.

“Baş vermiş iki zəlzələ nəticəsində dağılan kənd evlərinin bəzilərinin ilkin olaraq keyfiyyətsiz tikilməsinə baxmayaraq, biz onun yerinə bütün dövlət standartlarına uyğun keyfiyyətli yaşayış evləri tikirik. Bu, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişidir”, - deyə nazir vurğulayıb.

O qeyd edib ki, yaşayış məntəqələrinin bərpası çərçivəsində təbii fəlakət zonasında yerləşən şəhərlərin infrastrukturunun müasirləşdirilməsi işləri də aparılır.

Seçilən
29
20
Mənbələr
Şərh ()
Bağla