AZ

Kahramanmaraşda salınan “Azərbaycan Məhəlləsi” ilə bağlı YENİ XƏBƏR

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçün yeni məhəllə tikintisinə dəstək verib.

Publika.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov Agentliyinin fəaliyyətə başlamasının 8-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb: "Bu layihədə sakinlərin rahatlığının təmin edilməsi məqsədilə yaşayış binalarından əlavə ibtidai məktəbin, uşaq bağçasının və mədəniyyət mərkəzinin tikintisi nəzərdə tutulub".

S. Sadıqov qeyd edib ki, hazırda 20 sinif otağından ibarət 1 ibtidai məktəbin, 3 sinif otağından ibarət 1 uşaq bağçasının və 16 yaşayış binasının tikinti işləri davam etdirilir: “Digər tikinti obyektlərin inşasına qısa zaman ərzində başlanılacaq”.

2023-cü ilin sentyabrın 25-də Naxçıvan şəhərində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nə əsasən, Azərbaycan Kahramanmaraşda 320 hektar ərazidə 1 000 ev və 799 iş yeri inşa etməkdədir.

Seçilən
104
20
Mənbələr
Şərh ()
Bağla