AZ

Putin: "Avropa öz xalqını Rusiya ilə qorxudur"

Rusiya Prezidenti Vladimir Putin Torjok şəhərində hərbi pilotlarla görüşüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, pilotlarla bir müddət söhbət edən Putin Avropanın Rusiya ilə bağlı öz xalqını qorxutduğunu bildirib.

Pilotlarla söhbət edən Putin onların Avropaya hücum edəcəkləri iddiasının cəfəngiyyat olduğunu bildirib. 

Putin bəyan edib ki, Avropa liderləri Rusiyanı \"təhlükə” kimi göstərməyə çalışmaqla qitədə həyat səviyyəsinin aşağı düşməsi ilə bağlı faktları ört-basdır etməyə çalışırlar. Putin deyib: 

\"Ukraynadan sonra Avropaya hücum edəcəyik deyirlər. Bu, sadəcə cəfəngiyyatdır. Sırf öz xalqından pul almaq üçün qorxu yayırlar. Avropada həyat səviyyəsi aşağı düşür”.

Ayşən
Seçilən
31
50
Mənbələr
Şərh ()
Bağla