AZ

“Qarabağ” çempionluğun astanasında! - YENİLƏNİR

Bu gün Misli premyer-liqasında 4-cü dövrəyə, yəni 28-ci turun oyunlarına start verilir.

Üç gün ərzində keçiriləcək matçlar, təbii ki, “CBC Sport”un efirində canlı yayınlanacaq.

Misli premyer-liqası
4-cü dövrə, 28-ci tur
29 mart
Qəbələ - Neftçi

“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 31:+9=7-15, 34:47.
2006/07 – 1:4; 2007/08 – 2:3; 2008/09 – 0:1; 2009/10 – 1:0, 0:0; 2010/11 – 0:2; 2011/12 – 1:0, 4:1; 2012/13 – 2:1, 1:1; 2013/14 – 1:2, 1:2; 2014/15 – 0:0, 1:3; 2015/16 – 0:1, 2:2; 2016/17 – 4:1, 1:0; 2017/18 – 2:1, 1:2; 2018/19 – 3:1, 1:3; 2019/20 – 0:3, 0:2; 2020/21 – 1:4, 2:2; 2021/22 – 1:1, 1:0; 2022/23 – 1:2, 0:0; 2023/24 – 0:2.
Cəzalılar: Bilel Auşeriya, İlkin Qırtımov (hər ikisi “Qəbələ”), Eddi İsrafilov (Neftçi).
“Futbol+”in proqnozu: 20-40-40.
Qəbələ. Şəhər stadionu. Saat 16.30.

Turun ilk oyunu Qəbələdə keçirilir. Bölgənin eyniadlı təmsilçisi “Neftçi”ni qəbul edəcək. “Qırmızı-qaralar” premyer-liqada qalmaq üçün son 9 matçda qəbələyə köklənməlidi. Vəziyyət elə gətirib ki, kollektivin məqsədə çatması öz əlində deyil. “Kəpəz”lə aradakı xal fərqinin “əriməsi” üçün möcüzəyə bərabər şanslar lazımdı. Bununla belə, komandanın əsas heyət oyunçularından ikisi cəzalıdı. Görünür, Kaxaber Sxadadzeni və futbolçularını çox çətin dövrə gözləyir. Onlar hər oyuna final kimi yanaşmalıdı. Sırf bu görüşdə isə nə bəxt, nə də real güc nisbəti “Qəbələ”nin tərəfindədi. “Neftçi” mövsümü 2-ci pillədə başa vurmaqda israrlıdı. Odu ki, bakılılar meydan sahiblərinə mərhəmət göstərmək fikrində deyil. Miodraq Bojoviç “Sabah”, “Sumqayıt”,

“Zirə” və “Səbail” kimi 2-ci yerə göz dikən rəqibləri qabaqlamağa məcburdu. Görüşün favoriti elə qonaqlardı.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 62 dəfə üz-üzə gəlib. Bunların 18-də “Qəbələ”, 30-da “Neftçi” qələbə qazanıb. 14 oyunda “sülh”qeydə alınıb. Topların nisbətində “ağ-qaralar” öndədi – 94:70.

Kəpəz – Qarabağ
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 28:+11=5-12, 42:30.
1992/93 – 2:1; 1993/94 – 4:1; 1994/95 – 4:1; 1995/96 – 3:1, 0:0; 1996/97 – 3:1; 1997/98 – 3:2; 1998/99 – 3:0; 1999/2000 – 1:1; 2000/01 – 2:1; 2001/02 – 2:1, 3:0; 2003/04 – 0:1; 2004/05 – 0:1; 2005/06 – 1:2; 2010/11 – 0:1; 2011/12 – 1:2; 2012/13 – 0:0; 2015/16 – 2:3, 1:2; 2016/17 – 1:1, 0:1; 2017/18 – 0:2, 0:1; 2022/23 – 0:1, 1:1. 2023/24 – 1:2.
Cəzalı: Patrik Andrade (Qarabağ).
“Futbol+in” proqnozu: 20-30-50.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.00.

“Kəpəz” nəinki Gəncədən, Qəbələ və Tovuzdan da didərgin düşdüyü üçün ev oyununu “Qarabağ”ın meydanında keçirməyə məcburdu. Belədə “sarı-göylər”in durumu çətinləşir. Üstəlik onların “qol silahı” Georgi Papunaşvili zədəsini sağaltmayıb. Yəni bu oyunda da meydana çıxmayacağı dəqiqdi. Belədə gəncəlilər onsuz da güclü rəqib qarşısına daha zəif şəkildə çıxacaq. Bununla belə, gəncəlilər “Qəbələ” ilə aradakı xal fərqinin artmasına nail olmalıdı. Adil Şükürovun yetirmələri azı bir xan qazanmaq istəyirsə, möcüzəyə inanmaqdan başqa yol yoxdu. Daha bir maraqlı məqam “Qarabağ”ın məhz bu tur çempionluğu təmin etmək istəyidi. Mümkün qələbə “köhlən atlar”ın ən yaxın izləyiciləri “Sabah”la “Neftçi”ni 29 xal qabaqlamasına imkan verəcək ki, bu da artıq çempionluq deməkdi.

Ümumiyyətlə, bu komandalar indiyə qədər 56 matçda qarşılaşıb. Bunların 14-də “Kəpəz”, 31-də “Qarabağ” 3 xala yiyələnib. 11 görüş heç-heçə bitib. Topların nisbətində “köhlən atlar” öndədi – 85:60.

KƏNAN BAHADIR

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18224
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17581
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16789
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15304
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14296
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
13532
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12805
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
12164
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10744
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10610
"Zaur, yenə çaşdın..." - VİDEO
8455
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7395
Minimum əmək haqqı nə qədər arta bilər?
6619
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6546
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6156
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5266
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5215
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4838
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
4586