AZ

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? - Telekanaldan açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. 
Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqda qınayıb. Telekanalın mətbuat katibi Rüfət Seyidov Modern.az saytına açıqlamasında bildirib ki, əvvəlcə sözügedən müsahibənin martın 28-də yayımlanacağı anons edilsə də, sonradan həmin məlumat AzTV-nin sosial şəbəkə hesablarından  silinib:  "Müsahibənin efirə getməsi tək bizdən asılı məsələ deyil. "Müsahibənin indi verilməsi nə qədər doğrudur" sualı ilə üzləşmişdik. Dünən biz müsahibənin axşam yayımlanacağı ilə bağlı anons da vermədik. Doğrudur, martın əvvəlində anons yaymışdıq. Daha sonra gördük ki, müsahibənin verilməsilə bağlı bəzi dəqiqləşmələrə ehtiyac var. Ona görə də həmin anonsları bütün sosial şəbəkə hesablarımızdan sildik ki, tamaşaçılarda çaşqınlıq yaranmasın.  Dünən saytlarda və sosial şəbəkələrdə yayılan informasiyalar isə həmin martın əvvəlində gedən və silinmiş anonsa istinad idi. Sanki vətəndaşlarda asossiasiya yaranmışdı ki, martın 28-də müsahibə mütləq efirə gedəcək".  Bununla belə, Rüfət Seyidov müsahibənin efirə veriləcəyini də söyləyib: 

"Müsahibə mütləq gedəcək. Lakin vaxt məlum deyil. Zaman bəlli olan kimi, müsahibənin gedəcəyi gün barədə məlumat verəcəyik". 

Seçilən
55
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25487
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16607
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
14105
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13823
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11277
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10379
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10365
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9928
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9193
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
7419
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7052
Səidə Sultan klipi üçün lüt soyundu
6887
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6109
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5869
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5481
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5100
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4462
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4316
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4092