AZ

"Qarabağ" bu gün 11-ci çempionluğunu rəsmiləşdirə bilər - FOTO

"Qarabağ" bu gün 11-ci çempionluğunu rəsmiləşdirə bilər - FOTO

Azərbaycan Premyer Liqasında 4-cü – sonuncu dövrəyə start veriləcək.

BAKU.WS-in məlumatına görə, bu gün XXVIII turun ilk iki oyunu keçiriləcək.

Premyer Liqanın lideri "Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün Ağdam klubuna "Kəpəz"lə görüşdə məğlub olmamaq kifayət edəcək. Qurban Qurbanovun kollektivi Gəncə təmsilçisi önünə Tofiq Bəhramov adına Respublika stadionunda səfər komandası qismində çıxacaq.

Günün digər matçında "Neftçi" autsayder "Qəbələ"nin qonağı olacaq. Sonuncu pillədə qərarlaşan bölgə təmsilçisi elitada qalmaq şansını davam etdirmək üçün güclü rəqibinə qalib gəlməyə çalışacaq. "Ağ-qaralar" isə ikinci yerə iddiasını davam etdirmək əzmindədir.

Qeyd edək ki, turun digər oyunları martın 30-31-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXVIII tur
29 mart (cümə)

16:30. "Qəbələ" – "Neftçi"

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Anar Şixəliyev.

Qəbələ şəhər stadionu

19:00. "Kəpəz" – "Qarabağ"

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Tofiq Bəhramov adına Respublika stadionu

Seçilən
99
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16130
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15811
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15465
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13408
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12012
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9540
"Zaur, yenə çaşdın..." - VİDEO
7886
Minimum əmək haqqı nə qədər arta bilər?
6023
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5962
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5124
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5030
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4425
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4234
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4104
Çingiz Mustafayevin toyudur - FOTOLAR
3336
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3247
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3244
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3006
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2961