AZ

Xırdalanda 10-dan çox qumbara tapıldı - VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilib.   Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu və hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 12 ədəd “F-1” əl qumbarası, 4 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib. Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Seçilən
159
49
Mənbələr
Şərh ()
Bağla