AZ

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Tarix boyu soydaşlarımız Ermənistan tərəfindən dəfələrlə məqsədyönlü şəkildə etnik təmizləməyə, soyqırımına və deportasiyalara məruz qalıblar.

Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilib və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılıb.

Soyqırımı hadisələrində Şamaxı qəzasının 110 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi, Quba qəzasının 167 kəndi yandırılaraq talan edilib, əhalisi amansızlıqla qətlə yetirilib. Bu kəndlərdən 35-i yer üzündən silinib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı öldürülüb.

Təkcə Quba qəzasında 16 min nəfərə yaxın insan öldürülüb. 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıqdakı insan qalıqlarında onların fiziki zorakılığa məruz qalmaları ilə bağlı çoxsaylı faktların olması ermənilər tərəfindən 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımı faktını və qeyri-insani əməlləri əyani şəkildə təsdiqləyir.

Qeyd etmək lazımdır ki, 31 Mart soyqırımı da daxil olmaqla, tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri zaman keçdikcə faktlarla sübuta yetirilir. Bir müddət əvvəl Xocavənd rayonunun Edilli kəndində, Ağdam və Şuşa şəhərlərində, həmçinin Xocalıda və işğaldan azad olunmuş digər torpaqlarımızda kütləvi məzarlıqlarda müxtəlif formada işgəncələrə məruz qalaraq qətlə yetirilmiş insanların qalıqlarının aşkarlanması da buna nümunə olaraq göstərilə bilər.

Soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət siyasəti və əsassız ərazi iddiaları dayanırdı. Bu iddialar ötən əsrin sonlarında daha da kəskinləşib, nəticədə yüz minlərlə soydaşlarımız indiki Ermənistan ərazilərindən deportasiyaya məruz qalıb, həmçinin beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının iyirmi faizi bu ölkə tərəfindən işğal olunub.

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ermənistanın otuz ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan torpaqları azad olunaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, tarixi ədalət bərqərar olub.

Ötən əsrin əvvəllərində erməni millətçilərin azərbaycanlılara qarşı törətdikləri amansız soyqırımı hadisələri barədə həqiqətlərin dünyaya çatdırılması və bu məsələyə siyasi-hüquqi qiymətin verilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub.

Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib, soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi məqsədilə müvafiq tədqiqatların aparılmasına, həqiqətlərin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verilib.

Təəssüflər olsun ki, tarix boyu etnik zəmində soydaşlarımıza qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələrinə beynəlxalq miqyasda hələ də ədalətli mövqe bildirilməyib.

Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımalı, gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması məqsədilə tarix boyu soydaşlarımıza qarşı həyata keçirilmiş cinayətlərə biganə qalmamalıdır”.

Seçilən
27
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18437
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17756
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16983
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
15813
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15487
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14612
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13666
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
13305
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10971
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10897
"Zaur, yenə çaşdın..." - VİDEO
8533
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7538
Minimum əmək haqqı nə qədər arta bilər?
6745
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6739
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6344
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5626
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5464
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5376
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5003