AZ

Abbas Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyib

Bakı. Trend:

Fələstin prezidenti Mahmud Abbas bölgədə sülh və təhlükəsizliyənail olmaq üçün ölkəsinin BMT-yə tamhüquqlu üzvlüyünün verilməsininvacibliyinə diqqət çəkib.

Trend-in məlumatına görə, bu barədə M.Abbas Belçika xarici işlərnaziri Hadja Labib ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, sülh və təhlükəsizlik yalnız FələstinDövlətinin BMT-yə tamhüquqlu üzvlüyünün verilməsi, İsrail ordusununpaytaxtı Şərqi Qüds olan Fələstin Dövlətinin ərazisindən 4 iyun1967-ci il sərhədlərinə tamamilə çıxarılması ilə əldə ediləbilər.

O, bir daha bildirib ki, “Qəzza zolağı Fələstin Dövlətininayrılmaz hissəsidir”.

Seçilən
150
2
Mənbələr
Şərh ()
Bağla