AZ

Abbas Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyib

Fələstin prezidenti Mahmud Abbas bölgədə sülh və təhlükəsizliyə nail olmaq üçün ölkəsinin BMT-yə tamhüquqlu üzvlüyünün verilməsinin vacibliyinə diqqət çəkib.
Trend-in məlumatına görə, bu barədə M.Abbas Belçika xarici işlər naziri Hadja Labib ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, sülh və təhlükəsizlik yalnız Fələstin Dövlətinin BMT-yə tamhüquqlu üzvlüyünün verilməsi, İsrail ordusunun paytaxtı Şərqi Qüds olan Fələstin Dövlətinin ərazisindən 4 iyun 1967-ci il sərhədlərinə tamamilə çıxarılması ilə əldə edilə bilər.
O, bir daha bildirib ki, “Qəzza zolağı Fələstin Dövlətinin ayrılmaz hissəsidir”.

Seçilən
93
2
Mənbələr
Şərh ()
Bağla