AZ

Leonardo Di Kaprio nişanlandı - FOTO

49 yaşlı məşhur Hollivud aktyoru Leonardo Di Kaprio 25 yaşlı sevgilisi, model Vittoria Ceretti ilə nişanlanıb. 

 

Sfera.az bildirir ki, bu məlumatı Amerika mediası qızın sağ əlinin üzük barmağında parlaq üzük gördükdən sonra irəli sürüb.

 

Xüsusilə, modelin barmağındakı üzük Los-Ancelesdə “Yuca's Mexican” restoranında sevgilisi ilə nahar edərkən diqqət çəkib.

 

Leonardo ağ köynək və şortla kombin seçib, qara beysbol şapkası və maska taxıb. Bu arada, italyan model ağ köynək üzərində krop top, geniş kəmərli cins şalvar və qara-ağ sviter geyinib. Amma qeyd etdiyimiz kimi, ən çox diqqət çəkən barmağındakı üzük olub.


Modelin üzüyünün nişan üzüyü, cütlüyün toya hazırlaşdığı, yoxsa sadəcə bijuteriya olduğu hələlik məlum deyil. Qeyd edək ki, cütlüyün müvəqqəti ayrıldığı haqda xəbərlər yayılsa da, Di Kaprio və Ceretti ötən ilin yayından görüşürlər. Di Kaprio əvvəllər heç vaxt evlənməsə də, bu illər ərzində bir çox aktrisa və modellərlə münasibəti olub. Ceretti əvvəllər italyan DJ Matteo Milleri ilə üç il evli olub.

 

Lakin sonradan cütlüyə yaxın mənbə nişan şayiələrinin doğru olduğunu təsdiqləməyib. Məlum olub ki, Ceretti barmağına sadəcə üzük taxıb.


“Serettinin sol əlində üzük taxması ilə bağlı şaiyələrə baxmayaraq, Leonardo Di Kaprio sevgilisi Vittoria Ceretti ilə nişanlı deyil”- deyə mənbə bildirib.

 

Hələlik Leonardo DiKaprio və Vittoria Ceretti nişanları ilə bağlı yayılan xəbərlərə münasibət bildirməyiblər.

 

Aynil

Sfera.az

Seçilən
82
6
Mənbələr
Şərh ()
Bağla