AZ

Polşa Ukrayna sərhədində bağlanan daha bir keçid məntəqəsi açılıb

Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, polşalı fermerlər “Uqrinov-Dolqobiçev” sərhəddəki keçid məntəqəsinin blokunu açıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Uqrinov-Dolqobiçev keçid məntəqəsində hər iki istiqamətdə yük maşınlarının hərəkətinin bloklanması müvəqqəti olaraq başa çatdı”, – deyə xidmətin açıqlamasında bildirilir.

Hazırda nəzarət-buraxılış məntəqəsi normal rejimdə işləməklə yük daşımalarının maneəsiz keçməsinə şərait yaradır. Ukrayna agentliyinin məlumatına görə, sərhəddə keçmək üçün gözləyən 120 yük maşını var. Yük maşınlarının keçidi təxminən aprelin 2-dək davam etməlidir.

phrase_var_article.chosen
109
7
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close