AZ

Naxçıvandan Qarabağa gələn şəhid ailələri Füzuli rayonunda olublar

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, səfərin ilk günündə şəhid ailələrinin üzvləri Füzuli rayonunun Yuxarı Alxanlı, Merdinli, Qaraxanbəyli kəndlərində olub, övladlarının şəhidlik zirvəsinə ucaldıqları yerləri ziyarət ediblər. Həmçinin səfər zamanı onlar Füzulidə aparılan quruculuq işləri ilə də tanış olublar. Şəhid ailələrinin üzvləri həmin gün Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsinə də səfər ediblər.

Qeyd edək ki, Naxçıvandan yola düşən şəhid ailələri sabah Şuşa şəhərinə və Xocavənd rayonuna da səfər edəcəklər. Səfər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil edilib.

Seçilən
25
11
Mənbələr
Şərh ()
Bağla