AZ

Sağ qalan yeganə kəşfiyyatçı: Mənə dəhşətli işgəncələr verilirdi

 1 il 11 ay əsirlikdə olduğum zaman ağır yaralı olmağıma baxmayaraq, ermənilər tərəfindən mənə böyük işgəncələr verilirdi.

 

Demokrat.az xəbər verir ki, bunu “Report”un əməkdaşına açıqlamasında “Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı Aqil Əhmədov deyib.

 

"1997-ci ilin aprelində təxminən bu saatlarda 7 qardaşım şəhid olub. Mən isə ağır yaralanmışdım. Huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürülmüşdüm. 1 il 11 ay müddətində əsirlikdə saxlanıldım. 6 ay sonra Ulu Öndər Heydər Əliyevin səyi ilə şəhid qardaşlarımın nəşi düşməndən geri alındı. 1999-cu ilin martında Heydər Əliyevin təkidi ilə əsirlikdən azad olundum”, - o bildirib.

 

Aqil Əhmədov əlavə edib ki, artıq bir neçə dəfədir buranı ziyarət edir: “Hər ziyarətimdə məndə eyni hisslər olur”. 

Tarix: 12 Aprel 2024, 18:52   
Seçilən
124
18
Mənbələr
Şərh ()
Bağla