AZ

Əmirquliyev hara, “Hökməli” hara...

Sosial şəbəkələrdə millinin sabiq futbolçusu Rahid Əmirquliyevin “Hökməli”yə keçməsi ilə bağlı yayılan paylaşımlar maraq doğurdu.

Hazırda 2-ci liqa təmsilçisi “Şahdağ Qusar”ın heyətində çıxış edən təcrübəli oyunçunun belə qərarının səbəbini öyrənmək istədik:

“Bu xəbər doğru deyil. Yəni “Şahdağ Qusar”dan ayrılmamışam. Bildiyimə görə, “Hökməli” minifutbol komandasıdı. Orda dostum oynayır, məni dəvət etmişdi ki, vaxtım olanda onlarla oynayım. Amma orda oynamamışam”.


KAMAL SƏFƏR
Seçilən
101
Mənbələr
Şərh ()
Bağla