Sosial şəbəkələrdə millinin sabiq futbolçusu Rahid Əmirquliyevin “Hökməli”yə keçməsi ilə bağlı yayılan paylaşımlar maraq doğurdu. Hazırda 2-ci liqa təmsilçisi “Şahdağ Qusar”ın heyətində çıxış edən təcrübəli oyunçunun belə qərarının səbəbini öyrənmək istədik:
“Bu xəbər doğru deyil. Yəni “Şahdağ Qusar”dan ayrılmamışam. Bildiyimə görə, “Hökməli” minifutbol komandasıdı. Orda dostum oynayır, məni dəvət etmişdi ki, vaxtım olanda onlarla oynayım. Amma orda oynamamışam”.
KAMAL SƏFƏR