AZ

Avropa İttifaqının nümayəndə heyəti Azərbaycan və Ermənistana səfər edəcək

Avropa Şurasının Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin üzvləri Ermənistana işgüzar səfər edəcək. Bu barədə Ermənistan KİV məlumat yayıb.

Səfərin aprelin 8-9-da baş tutacağı, İrəvanda və Aİ-nin müşahidəçilər missiyasının ofisində görüşlərin planlaşdırıldığı qeyd edilir.

Səfərin məqsədi regiondakı vəziyyətlə tanış olmaq və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi haqqında məlumat əldə etməkdir.

Məlumatda deyilir ki, nümayəndə heyəti Gürcüstan və Azərbaycana da səfər edəcək.
 
N.Təbrizli

www.anews.az
Seçilən
100
50
Mənbələr
Şərh ()
Bağla