AZ

Rusiya BMT Təhlükəsizlik Şurasında ABŞ-ın qətnamə layihəsini BLOKLADI

Rusiya BMT Təhlükəsizlik Şurasında Şimali Koreya üzrə sanksiya komitəsinin ekspertlərinin mandatının bir il müddətinə uzadılması ilə bağlı ABŞ-ın qətnamə layihəsini bloklayıb.

"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd olunur ki, Çin nümayəndəsi səsvermədə bitərəf qalıb. Dünya təşkilatının Təhlükəsizlik Şurasının qalan üzvləri təklif olunan təşəbbüsü bəyəniblər. Sənəd layihəsinin mətnində deyilir ki, BMT Təhlükəsizlik Şurası “Şimali Koreyaya qarşı sanksiyalara nəzarət etmək üçün ekspertlər qrupunun mandatını 2025-ci il aprelin 30-dək uzatmağa qərar verir”.

Seçilən
173
40
Mənbələr
Şərh ()
Bağla