AZ

Taksilərə qoyulmuş tələblər qanunvericilikdə bu günə qədər var idi - RƏSMİ

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) NazirlərKabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minikavtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyatvasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatınadair tələblər”i şərh edib.

Nazirlikdən Trend-ə verilənaçıqlamada deyilir ki, tələblərə əsasən, buraxılış tarixindən 15ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələrialanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin taksiminik avtomobilinin daxilində aşağıdakılar olmalıdır:

– sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumatlövhəsi;

– taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi iləbirgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqramtəminatı olan mobil cihaz;

– gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal.

Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normalişıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitməfunksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməriilə təchiz edilməlidir.

Beləliklə, hazırda taksi kimi istifadə olunan nəqliyyatvasitələrinə qoyulmuş tələblər qanunvericilikdə bu günə qədər dəvar idi.

Yeni tələb isə taksi minik avtomobilinin bütün salonunu əhatəedən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlayabilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralarınolmasıdır.

Taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobilnəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqiaktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimlərimüvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hazırda taksifəaliyyəti ilə məşğul olan və bu fəaliyyəti davam etdirmək istəyənşəxslərdən qısa müddətdə buraxılış vəsiqəsi və buraxılış kartıalmalarını xahiş edir.

1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildənartıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartıverilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minikavtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır.Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.

Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələbyalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadəolunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyatvasitələrinə şamil edilir.

Seçilən
26
37
Mənbələr
Şərh ()
Bağla