AZ

Taksi fəaliyyəti üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır - AYNA

1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir.
 
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
 
Bildirilir ki, vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, 3 illik icazə ala biləcək. Bu halda rəng tələbi tətbiq edilmir.

Seçilən
105
12
Mənbələr
Şərh ()
Bağla