AZ

“Neftçi” “Qəbələ” ilə oyuna 2 itki ilə çıxacaq

“Neftçi”nin iki futbolçusu Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəkləri səfər matçını buraxacaqlar.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubundan məlumat verilib.

Xəbərdə bildirilir ki, bərpa prosesini davam etdirən qapıçı Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə alan macarıstanlı müdafiəçi Mark Tamaş həmin oyunda iştirak etməyəcəklər.

Martın 29-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyununa saat 16:30-da start veriləcək.

Seçilən
104
6
Mənbələr
Şərh ()
Bağla