AZ

Ramiz Mehdiyev məhkəmə qarşısında - Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb.  Qaynarinfo xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Muradov iş üzrə hakim təyin edilib. 

 

529.3-cü maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.2-ci (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır. 

 

Bu maddədə inzibati xəta növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. 

 

Qanunvericiliyə görə, barəsində 529.3-cü maddə ilə protokol tərtib edilən şəxs bu barədə məlumatlandırılır. Daha sonra iş baxılması üçün məhkəməyə göndərilir. 

 

Ramiz Mehdiyevin ittiham olunduğu maddədən aydın olur ki, o, bundan əvvəl törətdiyi inzibati xətaya görə ona kəsilən cəriməni ödəməyib. 

 

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Adminstrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

Tarix: 28 Mart 2024, 17:53   
Seçilən
21
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
26148
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
17189
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16865
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15602
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13948
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11390
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11198
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10676
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
10010
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9346
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7168
Səidə Sultan klipi üçün lüt soyundu
7113
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6135
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5915
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5639
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5174
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
5017
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4546
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4268