İdman
"Real"ın maraqlandığı futbolçu "Bavariya"da qalmaq istəmir
Kanadalı müdafiəçi Alfonso Deyvis "Bavariya" ilə müqaviləsini uzatmayacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Xəbərdə 23 yaşlı oyunçunun Münhen klubundan ayrılmaq istədiyi bildirilib.
Deyvisin adı "Real"la hallanır. Onun "Bavariya" ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.