AZ

Azərbaycanda və dünyada parklanma TARİFLƏRİ - ARAŞDIRMA

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. Bu barədə yeni tikili binalarda yaşayan sakinlər də bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır.

Bəs, bu addım qanunidir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.


Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev: “Son 30 ildə təkcə Bakı şəhərində 2 mindən artıq yeni çoxmənzilli yaşayış binaları tikilərək vətəndaşlara təhvil verilib. Bu proses hələ də davam etdirilir. Ortalama hər bir çoxmənzilli binada 50-dən başlayaraq 300-ə qədər mənzil olur. Demək olar ki, hər bir mənzil sahibinin də mənzilləri var. Əksər binalarda yeraltı avtodayanacaq olsa da, bəzilərində bu yoxdur. Onlar ya layihədə olmayıb, ya da avtodayanacaqlar digər təyinatlı qeyri yaşayış obyektləri kimi fəaiyyət göstərirlər.

MTK tikinti aparırsa, binanın zirzəmisində yerləşən dayanacaq mənzil sahibinə satılır. Əgər həmin tikilinin işini hər hansı bir MMC aparırsa, bütün tikili MMC-nin tabeliyində olur. MMC-nin rəhbəri də özü üçün avtodayanacağı sata və kirayə verə bilər. Bu qanunauyğundur. Bu baxımdan Bakıda sıxlığın səbəbi avtodayanacaqların kirayə qiymətlərinin baha və yerin az olması ilə əlaqədardır.

Əksər çoxmərtəbəli binaların yerləşdiyi ərazilərə nəzər salsaq, park yerləri olsa da sakinlər avtomobillərini yol kənarında saxlayırlar. Bunlar sıxlığa səbəb olur. Əsas səbəb vətəndaşların yaşadığı binalarda dayanacaqların olmaması və bu dayanacaqların həm satış, həm kirayə qiymətlərinin baha olması ilə bağlıdır.

Düşünürəm ki, artıq Bakı şəhərində baş plan təstiq olunub. Çox sayda ərazilər sökülərək yenitikili binalarla əvəz ediləcək. Bu baxımdan tikinti qanunvericiliyində yeniliklər olması arzuolunandır. Burada avtodayanacaqların olmasının vacib şərt kimi qoyulması və avtodayanacaqlardakı avtomobil yerləşmə sayı hər bir mənzil sayına uyğun aparılmalıdır.

Avtodayanacaqlar mənzil sahiblərinindirsə, onlardan heç bir parklanma ödənişi alına bilməz. Amma başqasına, yəni tikinti şirkətinə və ya hər hansı bir şəxsə məxsusdursa qiyməti müəyyən edən şəxs park sahibidir. Dayanacaq yerləri fərdi adamlarındırsa onlar isdədiyi qiyməti təyin edə bilərlər. Bunun qarşısı alınmalıdır. Bunun üçün də ucuz qiymətə avtopark yerləri olmalıdır. Çünki hər bir vətəndaşın avtomobil idarə etmək hüququ var. Bu da vətəndaşın hüquqlarının pozulmasına gətirib çıxarır”.

Hüquqşünas Şamil Paşayev: “Bunu dəfələrlə bildirmişəm ki, komendant üsul idarəsi binalarda olmamalıdır. Binanı tikən MTK-lar tikilini təhvil verdikdən sonra binadan uzaqlaşmalıdır.

Mülkiyyətçilər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini formalaşdırmalıdır. Onlar binanı özləri idarə etməli, parklanma yerinin qiymətini də özləri təmin etməlidir. Qarajlar, parklanma yerləri, binanın həyəti mülkiyyətçinin birgə mülkiyyətidir. Burada qayda tətbiq etmək hər hansı bir komendantın, MMC-nin, MTK-nın ödəniş tələb etməsi tamamilə əsassız və qanunsuzdur. Bununla bağlı vətəndaşlar özləri MTK-ları oradan uzaqlaşdırmalı və müvafiq qurumlara şikayətlər ünvanlamalıdırlar”.


Qeyd edək ki, 1 aprel tarixindən etibarən Azadlıq meydanındakı yeraltı dayanacaqda avtomobil park etmək üçün yeni tariflər tətbiq olunacaq.

0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb olunacaq. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. “Qonşular” paketinə görə 75 AZN ödəniləcək.

Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb. Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

Gündəlik tariflər aşağıdakı kimi olacaq:
0-2 saat - 1 manat;
2-4 saat - 2 manat;
4-6 saat - 3 manat;
6-10 saat - 4 manat;
10-12 saat - 5 manat;
12-24 saat - 8 manat.

Aylıq tariflər isə belə olacaq:
Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat);
Bütün günü (24 saatlıq) - 120 manat (60 manat);
Qonşular tarifi - 50 manat (20 manat).
Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.

Dünyada parkinq qiymətləri

Oslo şəhər mərkəzi avtomobilinizi gündə 61 avroya park etmək üçün dünyanın ən bahalı yeridir. Danimarkanın paytaxtı Kopenhagendə gündəlik 50 avro, Avstraliyanın paytaxtı Melburnda isə 48 avrodur.

Amsterdam şəhəri gündə 40 avro ilə avtomobilinizi park edə biləcəyiniz dünyanın ən bahalı 5 şəhəri sırasındadır. Siyahının sonunda Cakarta gündə 63 sentə park edə biləcəyiniz dünyanın ən ucuz şəhəridir.

Avropanın ilk 25-liyinə daxil olan digər şəhərlər: Sürix (822 dollar); Roma (744 dollar); Cenevrə (705 dollar); Oslo ($612); Amsterdam ($587); Vyana (575 dollar); Kopenhagen ($567); Stokholm ($546); Milan ($518); Birmingem ($496); Mançester ($429); və Moskva (421 dollar).

Almaniya, Fransa və İspaniya ümumiyyətlə Qərbi Avropa ilə müqayisədə münasib parkinq haqqı alırlar.

Dünyanın ən bahalı parkinq haqqı olan 50 şəhəri (dollar)

Oslo 89.04
Kopenhagen 73.11
Melburn 69.53
Sidney 67.42
London City 65.97
Tokio 62.00
London West End 57.73
Vyana 57.51
Amsterdam 57.51
Cenevrə 46.98
Sürix 46.98
Helsinki 46.01
Haaqa 44.57
Brisben 41.09
Nyu York Midtown 41.00
Paris 40.26
Hamburq 40.26
Frankfurt 38.82
Madrid 38.82
Honolulu, HI 38.00
Düsseldorf 35.95
Afina 35.95
Boston, MA 34.00
Edinburq 32.99
Mançester 32.82
Perth 32.66
Moskva 32.63
Stokholm 32.38
Çikaqo, IL 32.00
Birmingem 31.34
Bristol 31.34
Kiyev 30.43
Rotterdam 30.19
Los Angeles, CA 30.00
New York Downtown 30.00
Seul 29.51
Təl-Əviv 29.10
Lids 28.86
Münhen 28.76
Ştutqart 28.76
Dublin 28.76
Honq Konq 28.25
Belfast 27.71
Roma 27.32
Filadelfiya, Pensilvaniya 26.00
San Dieqo, CA 26.00
San Francisco, CA 26.00
Berlin 25.88
Milan 25.88
Utrext 25.88

Türkiyədə qiymətlər

İstanbul Böyükşəhər Bələdiyyəsi Məclisinin iyul ayında keçirilən son iclasında alınan qərarla İSPARK ödənişləri yüzdə 18 artırılıb. Lakin 3 ay sonra bu dəfə yüzdə 57-yə qədər artım oldu. Açıq avtodayanacaqlarda birinci və ikinci zonalar üzrə ödənişlər qapalı parkinq ödənişləri ilə eynidir.

Qəbul edilən tarif çərçivəsində Beşiktaş, Beyoğlu, Fatih, Kadıköy, Şişli, Bakırköy, Eyüp, Sarıyer və Güngören də daxil olmaqla birinci və ikinci bölgələrdə bağlı mərtəbəli və açıq havada dayanacaqlarda ödəniş tarifi 33 lirədən artıb. 0-1 saat 33 lirədən 52 lirəyə, 1-2 saat arası 42 lirədən 66 lirəyə, 2-4 saat arası 47 lirədən 73 lirəyə, 4-8 saat arası 65 lirədən 101 lirəyə, 8-12 saat arasında 86 lirədən 134 lirəyə, 12-24 saat arasında isə 130 lirədən 202 lirəyə qədərdir.

Adalar, Arnavutköy, Başakşehir, Esenyurt, Sultanbəyli və Şilənin daxil olduğu üçüncü bölgədə 0-1 saat 23 lirədən 36 lirəyə, 1-2 saat 29 lirədən 45 lirəyə, 2-4 saat 37 lirədən 58 lirəyə lirə, 4 saat 37 lirədən 58 lirəyə, 8 saat arasında 47 lirədən 73 lirəyə, 8-12 saat arasında 72 lirədən 112 lirəyə, 12-24 saat arasında isə 94 lirədən 146 lirəyə yüksəldilib.

Birinci və ikinci zonalarda yol kənarında parkinq ödənişləri 1 saata qədər 33 lirədən 52 lirəyə, 1-2 saata 42 lirədən 66 lirəyə, gündəlik parkinq üçün 94 lirədən 146 lirəyə artırılıb. Üçüncü bölgədə 1 saatlıq 23 lirədən 36 lirəyə, 1-2 saatlıq 33 lirədən 52 lirəyə, gündəlik məbləğ isə 80 lirədən 124 lirəyə qaldırılıb.

Dünya təcrübəsi

Yaponiya 2016-cı ilin məlumatlarına görə 377 min 915 kvadrat kilometr ərazisi və 126 milyon 995 min əhalisi olan bir ada ölkəsidir. Minik avtomobilləri üçün bölmənin dayanacağı və manevr sahəsi daxil olmaqla ən azı 20 kvadratmetr sahə tələb olunur. Bu sahə yük maşınları və avtobuslar üçün manevr sahəsi istisna olmaqla, ən azı 50 kvadratmetr kimi hesablanır.

Yaponiyada 78 milyon avtomobil üçün ən azı 1560 kvadrat kilometr sahə lazımdır. Yaponların məhdud park yerlərindən maksimum yararlanmaq üçün tapdıqları bəzi üsullar isə bunlardır.

Yaponiyada iki qayda var: Parkinq qanunu və qaraj qanunu.

Dayanacaqlar haqqında qanunun ilk qüvvəyə minməsi 1957-ci ildə olub. Yaponiyada ümumi qanun tətbiq olunsa da, hər şəhərin öz qanunvericiliyi var.

Burada parkinq üçün ərazilərini genişləndirmək məhdudlaşdırılıb. Yaponiyada böyük açıq park sahələri yoxdur.

Amsterdam

Amsterdam şəhərinin mərkəzində parkinq çətin və bahalıdır.

Səyahət zamanı aşağıdakıları nəzərə alın:

Məhdud parkinq: Şəhərin mərkəzindəki parkinq yerləri, xüsusən turizm mövsümünün pik dövründə və ya həftə sonları tez bir zamanda dolur.

Yüksək parkinq haqları: Amsterdamda parkinq bahalıdır, xüsusən də şəhərin mərkəzində( saatda 7 avrodan çox pul).

Dayanacaq məhdudiyyətləri: Amsterdamda yalnız yaşayış üçün zonalar və müəyyən saatlarda parkinq məhdudiyyətləri var. Parkmetrlərə və nə qədər park edə biləcəyinizi göstərən işarələrə diqqət yetirin.

Dayanacaq qaydaları: Amsterdamda maşın sürsəniz, parkinq qaydalarını öyrənin.

Avtomobil sürmək üçün alternativlər: Amsterdamda tramvaylar, avtobuslar və qatarlar da daxil olmaqla geniş ictimai nəqliyyat sisteminə malikdir və bu, sürücülük üçün əlverişli alternativ ola bilər. Bağlı avtomobil parkları küçə parkinqindən daha təhlükəsiz və daha rahatdır.

Velosiped sürmək məşhur olduğundan, Amsterdamda çoxlu velosiped icarəsi mağazaları var.

Şəhəri gəzmək əvəzinə, otelinizin dayanacağında avtomobilinizi park edib şəhəri kəşf etmək üçün velosiped icarəyə götürə bilərsiniz.

Amsterdamda parkinq haqqı nə qədərdir?

Nəqliyyat vasitələrinin saxlanması üçün ödənişlər park etdiyiniz vaxtdan və yerdən asılıdır. Saatlıq qiymətlər 5 avro ilə 8 avro arasındadır, şəhərin mərkəzində parkinq ümumiyyətlə daha yüksəkdir. Buna görə də şəhərdən kənarda daha ucuz parkinq variantlarını yoxlamaq tövsiyə olunur.

Amsterdamda avtomobil dayanacaqlarını və ya torpaq sahələrini haradan tapa bilərəm?
Bəli, Amsterdamda çoxlu yeraltı avtomobil dayanacaqları və dayanacaq yerləri var. Bəzi məşhur avtomobil parklarına aşağıdakılar daxildir: Q-Park, APCOA və Interparking. Əlçatanlığı təmin etmək üçün əvvəlcədən parkinq rezervasiya etməyiniz tövsiyə olunur.

Amsterdamda küçədə park edə bilərəmmi?
Amsterdam küçələri parkinq üçün istifadə edilə bilər. Ancaq insanların sıx olduğu yerlərdə yer tapmaq kifayət qədər çətindir. Həmçinin, küçə parkinqi bahadır.

Amsterdam parkinq qaydaları hansılardır?
Amsterdamın parkinq qaydaları fərqlidir. Parklama vaxtı və günləri adətən məhduddur. Bəzi avtomobillərdə parkinq məhdudiyyətləri ola bilər.

Amsterdamda park pulsuzdur?
Amsterdam şəhər mərkəzindən kənarda pulsuz parkinq var.

Amsterdam dayanacaqlarında nəqliyyat vasitələrini saxlamaq təhlükəsizdirmi?
Amsterdam avtomobilinizi park etmək üçün təhlükəsizdir, lakin oğurluq və ya zədələnmənin qarşısını almaq üçün tədbir alın. Qarajda və ya dayanacaqda park etmək küçədə park etməkdən daha təhlükəsizdir.

Ayşən Vəli

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla