AZ

Lionel Messi: “Futboldan gedəcəyim məqamı bilirəm”

“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi futbolçu karyerasının bitmə vaxtı ilə bağlı sualı cavablayıb.

Arena.az məlumat verir ki, “Leo” artıq oyundan həzz almadığını və komandasına kömək etmədiyini hiss edən kimi futbolu tərk edəcəyini etiraf edib:

“Mən bilirəm ki, daha oynaya bilməyəcəyimi, daha zövq almadığımı və komanda yoldaşlarıma kömək etmədiyimi hiss etdiyim anda gedəcəyəm. Mən özümə mübasibətdə çox tənqidkaram, mənə nə vaxt yaxşı, nə vaxt pis olduğunu, nə vaxt yaxşı, nə vaxt pis oynadığımı bilirəm. Bu addımı atmağın vaxtının gəldiyini hiss edəndə, yaşı düşünmədən bunu edəcəyəm. Özümü yaxşı hiss etsəm, oynamağa davam etməyə çalışacağam, çünki bu, mənim sevdiyim və necə edəcəyimi bildiyimdir”, – Messi “Big Time”podkastına bildirib.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Messi hazırda yüngül zədədən əziyyət çəkir və bərpa ilə məşğuldur.

Seçilən
146
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
26303
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
17545
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16916
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16627
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13965
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11427
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11336
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10726
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
10058
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9459
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7263
Səidə Sultan klipi üçün lüt soyundu
7136
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6142
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5941
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5676
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5189
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
5139
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4550
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4293