AZ

İŞİD lideri Suriya ilə sərhəddə öldürüldü

İraqın təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının daha bir liderinin məhv edildiyini elan edib.

Yenisabah.az EFE-yə istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat yayıb.

Söhbət iraqlı Samir əl-Nimravidən gedir. Qrupda o, "İraq və Suriya arasında terrorçuların, silahların və partlayıcıların daşınması əməliyyatlarına" cavabdeh idi.

Yaraqlı İraq hərbçiləri ilə ölkənin xüsusi xidmət orqanlarının Suriya ilə sərhəddə keçirdiyi birgə əməliyyat zamanı məhv edilib.


Telegram kanalımız
Seçilən
35
29
Mənbələr
Şərh ()
Bağla