AZ

Suriya hərbçiləri pusquya düşdü: 16 nəfər öldü

Tarix: 19 Aprel 2024 07:00

Suriya ordusunun və "Milli Müdafiə Qüvvələri"nin azı 16 əsgəri Xümsdə terrorçuların hücumları nəticəsində ölüb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" məlumat yayıb.
Bildirilib ki, hərbçilərin olduğu avtobus gecə saatlarında Ət-Teybə rayonunda İŞİD-in pusqusuna düşüb.
Əraziyə cəlb edilən xüsusi təyinatlı hökumət qüvvələri terrorçuları geri çəkilməyə məcbur ediblər.
Hücum zamanı yaralananlar xəstəxanaya yerləşdirilib.
Milli.Az

Seçilən
178
2
Mənbələr
Şərh ()
Bağla