AZ

Gənclərdə təngnəfəsliyin səbəbi nədir? - HƏKİM İZAH ETDİ

“Ümumiyyətlə təngnəfəslik dediyimiz hal nəfəs dərinliyinin və tezliyin pozulmasına deyilir. Biz bu simptomla çox tez-tez rastlaşırıq. Bu simptom özü-özündə bir xəstəlik deyil, sadəcə bir simptomdur və altda yatan bir neçə xəstəliyin göstəricisi ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Sübhan Hacıyev deyib.

Sübhan Hacıyev sözlərinə belə davam edib: “Bir pasientdə təngnəfəslik varsa, burada ürək-damar, tənəffüs sistemi, sinir sistemi xəstəlikləri, qan azlığı, xüsusilə də dəmir defisitliyi, anemiya, eyni zamanda infeksion xəstəliklər hətta mineral çatışmazlıqları da araşdırılmalıdır. Buna görə mütləqdir ki, bu cür pasientlər canlı müayinə olunsunlar, doğru-düzgün analiz toplanılsın. Bəzən diferensial diaqnostika üçün labarator və instrumental müayinələr də gərəkə bilir. Məsələn, ürək-damar xəstəlikləri zamanı təngnəfəslik adətən adi fiziki yüklənmədən tutmuş, tam sakitlik halına qədər yəni, gecə saatlarında belə özbaşına yarana bilər. Çox vaxt bu insanlar yaşlı insanlar, 50 yaşından yuxarı insanlar olur. Bu insanlarda döş qəfəsində ağrı, göynəmə, yanğı, ayaqlarda bəzən şişkinliklər, təzyiqin qalxmaları kimi simptomlarla müşahidə oluna bilir.

Ağciyərlə bağlı təngnəfəslik isə daha çox eksperator təngnəfəslik olur. Yəni nəfəs vermənin sonunda bronxlar xəstəliklərə bağlı olur. Bu zaman xəstədə kürəkdə ağrılar yüksək hərarət və saturasiyanın bəzən düşməsi olur. Yəni bu simptomlar daha çox tənəffüs yolu xəstəliklərinə xas olan bir simptomlar olur.

Ancaq səbəbsiz yerə tam sağlamkən yaranmış təngnəfəslik çox vaxt sinir sisteminin xəstəliklərinə bağlı olur. Belə deyək ki, nevrosteniya xəstələrində ani şüuraltı düşüncəyə bağlı belə bir problemlər yarana bilir. Bu insanların hər hansı bir daxili orqan patalogiyası olmadan sadəcə təngnəfəslik, boğulma hissi olur. Ancaq bu insanları müayinə etdikdə bu hissin yalançı bir hiss olduğunu aşkarlaya bilirik və bu üzdən də sinirsəl problemlərə bağlı olduğunu dəqiqləşdirmiş oluruq.

Gənc yaşlarda xüsusilə də xanımlarda gördüyümüz təngnəfəsliklər var. Bunların daha çoxu qanda dəmir çatışmamazlığına bağlı dəmir defisiti anemiya diaqnozu olduğunuz bir xəstəliklərdir ki, bu zaman da biz bilirik ki dəmir qanda oksigen daşıyıcısıdır və kəskin dəmir defisiti zamanı oksigen qanla daşına bilmədiyi üçün bu insanlarda ciddi təngnəfəsliklər və taxikardiya dediyimiz, yəni, ürək döyüntülərinin 100-dən artıq vurmaları olur. Bu cür xəstələrdə eyni zamanda vitamin D və digər mineral çatışmazlıqları da olur. Eyni zamanda daha gənc xəstələrimizin hansıların ki, idmanla məşğul olmadıqları fiziki və kardio məşqlərdə iştirak etmədiyi insanların bu bu cür yüklərə qarşı dözümlülüyün azalması nəticəsində təngnəfəslik yarana bilir. Bunların hər birində öz simptomlarının xəstəlikləri araşdırılaraq müalicə oluna bilirlər”.

Ayşən Vəli

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
26293
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
17533
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16916
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16573
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13965
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11422
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11336
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10725
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
10048
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9459
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7263
Səidə Sultan klipi üçün lüt soyundu
7128
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6142
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5941
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5676
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5189
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
5131
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4550
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4293