Minifutbol üzrə Azərbaycan çempionatında XV tura yekun vurulub. SİA-nın məlumatına görə, ikinci gündə daha 4 oyun keçirilib.
Son çempion “Birbaşa Bakı” növbəti qələbəsini qazanıb. Lider “Zirə”nin ən yaxın izləyicisi olan komanda “Veteran”ı böyük hesabla məğlub edib.
Azərbaycan çempionatı
XV tur
“Turan” – “Aznur” 0:8
“Galaxy Baku” – “Abşeron” 4:0
“Veteran” – “Birbaşa Bakı” 1:8
“İnter” – “Siyəzən” 6:4
Qeyd edək ki, bir gün əvvəl keçirilən oyunlarda “Odlar Yurdu” “Dinamo Gəncə”yə (8:4), “Zirə” “Atəşgah Suraxanı”ya (6:1), “Real Bakı” “Baku Fire”yə (6:2) qalib gəlib, “Sumqayıt”la “Dirçəliş” (2:2) bərabərə qalıblar.