AZ

“Oruc tutmayanlar ifadəsi dində məqbul sayılmır“ - DİN XADİMİ

“Ramazan ayı Qurani-Kərimin baharıdır. Odur ki, mümkün qədər çox Quran oxunması məsləhətdir. Təkidlə tövsiyə olunur ki, bu mübarək ayda kimsəsiz və yoxsul insanlara baş çəkilsin”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Hacı Mircəfər Əyyubov deyib.

Din xadimi bildirib ki, Ramazan ayı insan iradəsinin möhkəmlənməsi üçün ən gözəl fürsətdir: “Möminlər bu ayda bir çox halaldan imtina edirlər, elə isə bunu fürsət bilib pis vərdişlərdən uzaqlaşmaq istiqamətində məşq etmələri yerinə düşərdi.

Oruc tutmayanlar ifadəsi dində məqbul sayılmır. Oruc tutmaq imkanı olmayan insanlara gəldikdə onlar bir neçə qrupa bölünür. Özəl zamanları ilə Ramazan ayı üst-üstə düşən xanımlar həmin günlərdə oruc tutmalıdırlar, lakin Ramazan ayından sonra günə gün qəzasını yerinə yetirməlidirlər.

Ramazan ayına hörmət etməyi bacaran mütəxəssis həkimlər tərəfindən oruc tutması qadağan edilmiş şəxslərin oruc tutması düzgün deyil, lakin onlar da sağalan kimi qəza tutmalıdırlar. Əgər onların xəstəliyi gələn Ramazan ayınadək davam etsə, o zaman qəza vacib olmur və kəffarə olaraq hər gün üçün 750 qram buğdanın pulu yoxsullara ödənilməlidir. Qocalıq səbəbindən oruc tuta bilməyənlər də bu kateqoriyaya daxildir. Allah oruclarınızı və digər ibadətlərinizi qəbul eləsin”.

Müəllif: Səbinə Hüseynli
phrase_var_article.chosen
25
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close