AZ

Ailə hüququ dedikdə nə başa düşülür? - MÜNASİBƏT BİLDİRİLDİ

"Ailə dedikdə, nikaha, qohumluğa, uşaqları tərbiyəyə götürməyə əsaslanan şəxslərin ümumi həyatı və mənafeləri, qarşılıqlı qayğıları ilə səciyyələnən ittifaqı başa düşülür". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, hüquqi mənada ailə özündə hüquqi əlaqəni əks etdirir: "Ailə üzvlərinin hüquq və vəzifələri ön plana çəkilir. Ailə hüququ milli hüququn bir sahəsi olub, Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.

Ailə hüququnun özünəməxsus predmeti, xüsusi məqsədi və prinsipləri vardır. Bunlar ailə hüququnu, hüququn digər sahələrindən fərqləndirir. Şəxsi münasibətlərin nizamlanması ailə hüququnun başlıca məqsədidir. Ailədə əmələ gələn əmlak münasibətləri isə ikinci dərəcəli rol oynayır və şəxsi münasibətlərdən asılıdır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 5-ci maddəsinə əsasən ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir. Respublikamızda ailə qanunvericiliyinin əsasını Azərbaycan Respublikası Konstitusiyası, Ailə Məcəlləsi və bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir".

"Ailə hüququnun müstəqilliyi, onun, hüququn digər sahələrindən fərqli cəhətləri, öz ifadəsini ailə hüququnun prinsiplərində tapmışdır. Həmin prinsiplərə aşağıdakılar daxildir:
1) qadınla kişinin şəxsi və əmlak hüquq bərabərliyi;
2) təknikahlıq;
3) boşanma azadlığı;
4) nikahın bağlanmasında azadlıq və könüllülük;
5) ana və uşaq haqqında dövlət qayğısı, onların mənafeyinin mühafizəsi;
6) ailə münasibətlərinin tənzim olunmasında dinin iştirakına yol verilməməsi;
7) uşaqların ailə tərbiyəsinin təmin edilməsi;
8) milliyyətindən, irqindən, sosial vəziyyətindən, dini və dil mənsubiyyətindən asılı olmayaraq ailə münasibətlərində vətəndaşların hüquq bərabərliyi;
9) valideynlik hüquqlarının müdafiəsi.

Ər-arvad arasında ailə hüquq münasibətləri nikahın qeydə alınması nəticəsində əmələ gəlir. Bu münasibətlər şəxsi və əmlak xarakterli münasibətlərə bölünür. Şəxsi hüquq münasibətlərinin mahiyyəti ondan ibarətdir ki, bu münasibətlər iqtisadi məzmuna malik deyillər və ər-arvadın şəxsiyyəti ilə bağlıdırlar. Ər-arvadın şəxsi hüquqlarına onların nikah bağlanarkən soyad seçmək hüququ, istədikləri məşğuliyyəti, sənət və yaşayış yerini seçmək hüququ və s. hüquqları aid etmək olar" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
36654
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24106
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18952
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14860
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13090
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11611
Helikopterin qalıqları tapılıb
11030
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7764
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6860
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6413
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5672
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5431
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4679
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4336
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3846
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3343
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3121
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2337
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2258